100 yaşlı qadın donor oldu.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 100 yaş 10 aylığında həyatını itirən italiyalı qadın dünyanın ən yaşlı donoru olub.
Məlumata görə, dünya tibb praktikasında yaşı 100-dən yuxarı olan insanlardan orqan donorluğu halları yoxdur.
Təbii səbəblərdən dünyasını dəyişən qadın qaraciyər transplantasiyası üçün Florensiyaya aparılıb. Əməliyyat bir xəstəxanada uğurla keçirilib.