1925-ci ildə Arçibald Lou “Gələcək" adlı 100 illik proqnozların siyahısını dərc edib.
1925-ci ildə ingilis ixtiraçı və fizik Arçibald Montqomeri Lou 2025-ci illə bağlı proqnozları ilə manşetlərə çıxıb. Geriyə baxanda onun bəzi proqnozları inanılmaz dərəcədə doğru olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, professor 1888-ci ildə anadan olub və həyatı boyu mühəndis, tədqiqatçı fizik, ixtiraçı və 40-dan çox kitabın müəllifi olub. O, bir çox sənaye sahələrində pioner olub, ilk elektrik dronunu icad edib və televiziyanın inkişafı üzərində işləyib.
Təyyarə, torpedo qayıqları və idarə olunan raketlərdəki qabaqcıl işlərinə görə onu "radio yönləndirmə sistemlərinin atası" adlandırırlar. Bununla belə, sağlığında ona müəyyən şübhə ilə yanaşırblar və bu, akademik səlahiyyətlərə malik olmadan özünü professor adlandırması ilə daha da şiddətlənib.
Onun ideyaları o dövrün qəzetlərində geniş işıqlandırılıb və bəzi jurnalistlər onun proqnozlarının heyrətamizliyini vurğulayıblar. Bəzi fikirlər, bir jurnalistin dediyi kimi, “amansızcasına fantastik”, xüsusən də hamının bir parça kostyum və sintetik keçə papaq geyəcəyi kimi rədd edilə bilsə də, digərləri ürpədici və yerində idi.
Professor Lounun 2025-ci il üçün ən yaxşı proqnozları
Televizorlar və ev dinamikləri
Demək olar ki, adi görünən bir proqnozda, professor Lou ev dinamiklərinin və televizorların məlumat və əyləncə əldə etmək üçün qəzetləri necə əvəz edəcəyini izah edir.
Təəccüblü deyil ki, professor Lou televizorların populyarlığını proqnozlaşdırıb, çünki Birinci Dünya müharibəsindən əvvəl də onların hazırlanmasında iştirak edib. 1914-cü ildə televiziyaya çevriləcək şeyləri ilk dəfə "TeleVista"adlandırıb.
Əslində, Lounun ixtiraçılığı və bu simsiz texnologiya üzərində işləməsi səbəbindən Birinci Dünya müharibəsi zamanı almanlar tərəfindən, xüsusən də idarə olunan raketlər kimi potensial silahlar üzərində işlədiyi üçün bir neçə sui-qəsd cəhdi edilib.
1914-cü ilin oktyabrında ona iki cəhd edilib: laboratoriyasının pəncərəsindən atəş açılıb və bir alman qonaq ona strixnin xlorid ilə siqaret təklif edib. İkinci Dünya müharibəsi zamanı almanlar 1918-ci ildə Lounun işini raket rəhbərliyi sistemi üçün istifadə ediblər.
Eskalatorlar və mobil telefonlar
Professor Lounun başqa bir proqnozu ondan ibarət idi ki, bizi həddən artıq gərginlikdən xilas edəcək “hərəkətli səkilərimiz” – mahiyyətcə bu gün tanış olan eskalatorlar və travelatorlar olacaq.
Maraqlıdır ki, o, mobil telefonların mümkün texnologiyasına da toxunur, onları "avtomatik telefonlar" adlandırır və qeyd edir ki, əsas üstünlüyü hər dəfə düzgün nömrəni yığmaq imkanı olacaq – şübhəsiz ki, bu, 1920-ci illərin fırlanan telefonlarından istifadənin məyusluğunu əks etdirir.
Yaşıl enerji və maşın sayının artması
Təəccüblü proqnozlardan biri, 2025-ci ilə qədər külək və gelgit enerjisinin (gelgit enerjisi - mahiyyətcə su elektrik stansiyası olsa da, çaylarda deyil, dənizdə qurulur – red.) elektrik enerjisi istehsalı üçün istifadə ediləcəyidir.
Üstəlik, professor Lou, məqalədə deyildiyi kimi, “bəşəriyyətin fiziki və mənəvi sağlamlığına” mənfi təsir göstərə biləcək “ağır və xoşagəlməz işi” yerinə yetirmək üçün maşınlardan istifadəni də proqnozlaşdırıb.
Gündəlik uzanma, masaj və işıq müalicələri
Professor Lou simsiz texnologiyanın 2025-ci ildə insanlar üçün rahat zəngli saat kimi də istifadə olunacağını proqnozlaşdırıb və onun "yəqin ki, 9:30" olaraq təyin olunacağına dair ümidverici proqnoz verib.
Avtomatlaşdırılmış zəngli saatlar meydana çıxmazdan əvvəl insanları səhər tezdən işə getmək üçün “stukaç” oyandırırdı - evdən-evə gəzən və ev sahiblərini oyatmaq üçün uzun taxta çubuqla pəncərə şüşələrini döyən şəxs.
Professor Lounun başqa bir qeyri-adi proqnozu insanların hər səhər tibbi müalicə olaraq “radio işığı terapiyası və ya masajından” həzz alacaqları idi. Lou sadəcə olaraq hazırladığı bəzi radio texnologiyalarının sağlamlıq faydalarını proqnozlaşdırsa da, o, səhiyyədə daha müasir tendensiyaya toxunub.
Kinoya baxmaq üçün eynəklər
Professor Lounun gələcək texnologiya ilə bağlı ən təəccüblü fikirlərindən biri onun kinoteatrlarla bağlı proqnozları idi. O, kinosevərlərin eyni anda bir neçə filmin nümayiş olunduğu ekran qarşısında əyləşəcəkləri və seçdikləri filmə uyğunlaşdırıla bilən xüsusi eynək taxacaqları bir gələcəyi nəzərdə tuturdu.
Müasir kinoteatrlar filmlərin daha geniş seçimini təklif etsələr də, IMAX kinoteatrlarında 3D nümayişlərinin yaranması istisna olmaqla, professor Lounun “müşahidə aparatı” ilə bağlı proqnozları təəssüf ki, onun təsəvvüründə qalıb.
Eksantrik professor haqqında daha çox
Gələcəklə bağlı bu "möcüzəli" proqnozları verən adam eyni dərəcədə qalmaqallı bir həyat sürüb. Qəzetlərdə gələcək İkinci Dünya Müharibəsi generalı Bernard Montqomeri ilə məktəbə getməsindən tutmuş, boşanmasına qədər, onun həyatının hissələrindən yazılıb.
Həyat yoldaşı Emi 1936-cı ildə iki qadınla xəyanət etdiyi üçün ondan boşanıb. Bu xəbər qəzetlərin manşetlərinə düşüb. Onlar qonşu idilər və onun 21 yaşında tanış olmuşdular.
Bir il sonra boşanma qərarı ləğv edildiyi üçün evlilikləri qalmaqaldan xilas olub. "Barışıq" ümidi yaranıb.
Emi 1953-cü ildə motosikletin vurmasından sonra ölüb. Professor özü üç ildən sonra dünyasını dəyişib. 1958-ci ildə onun həyat və uğurlarından bəhs edən kitab nəşr olunub.