Ukrayna prezidenti Vladimir Zelenskinin xanımı ərini Litvanın birinci xanımına qısqanıb.
Lent.az-ın məlumatına görə, xarici sosial şəbəkələrdə prezidentlər və onların xanımlarının görüş anı sürətlə yayılıb. Hər kəs Yelena Zelenskayanın ərini qısqanclıqla süzməsindən bəhs edir.
Məlum olub ki, prezident Zelenski Litvanın birinci xanımı Diana Nepayte ilə ənənəvi qaydada əl tutub görüşməyib, onu yanağından öpüb. Buna cavab olaraq Zelenskinin xanımı da Litva prezidenti ilə öpüşərək görüşüb.
O sonra öz ərinin ona uzanmış əlini tutmaqdan imtina edib.
Bu kuryoz hadisə dünya mətbuatının gözündən yayınmayıb.