"Yeşilçam"ın 64 yaşlı aktrisası:  "Yaşlanmıram"
24 noyabr 2022 13:15 (UTC +04:00)

"Yeşilçam"ın 64 yaşlı aktrisası: "Yaşlanmıram"

Türkiyənin məşhur aktrisası, "Afrodita" ləqəbli Banu Alkan açıqlaması ilə yenə gündəmə gəlib.

Lent.az xəbər verir ki, kosmetik vasitələr üçün kamera qarşısına keçən 64 yaşlı oyunçu jurnalistlərin suallarını da cavablandırıb. 

Banu kraliça olduğunu, yaşlanmadığını deyib:

"Gözəllik deyəndə, ağıla Banu Alkanın bədəni gəlir. İllərlə gigiyenama diqqət edib özümə baxmışam. Ona görə hələ də çox gözələm. Heç bir estetik əməliyyat da keçirməmişəm və yaşlanmıram".

Qeyd edək ki, daha çox "sevgi qadını" kimi "İsyan", "Nikah masası", "Aşkların en güzeli", "Gecelerin kadını", "Afrodit" və s. kimi filmlərdə oynayan Banu Alkan "Türk sinemasının gəlmiş, getmiş ən gözəl qadını" mükafatlarına nail olub. 

# 3981
avatar

Nigar Namiq

Oxşar yazılar