Hollivud ulduzları, keçmiş ər-arvad Bred Pittlə Ancelina Colu yenidən birləşəcək.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, onları birləşdirən səbəb ortaq biznes marağıdır. Tərəflər Fransanın cənubunda “Chateau Miraval” adlı məşhur malikanəni alıblar.
Birlikdə 350 milyon dollar yatırım edərək şərab istehsalı üzrə müəssisəyə yeni texnologiyalar cəlb edəcək, istehsal sahələri quracaq, böyük üzüm bağları saldıracaqlar.
Ulduz cütlük artıq bütün rəsmi sənədləşmələri həll ediblər. Onlar birlikdə şərabçıların beynəlxalq konfrasında iştirak edəcəklər.