Səhnələrə dönən Mahsun Kırmızıgül Yeni il gecəsi Kiprdə “Savoy Hotel”də səhnəyə çıxacaq.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, artist həmin gecə səhnəyə çıxmaq üçün 12 milyon lirə (703 min manatdan çox) tələb edib.
Artıq onun çıxış edəcəyi məkanda bütün biletlər satılıb. Yeni il gecəsi Mahsunu dinləmək istəyənlər masa başına əlavə12 milyon lirə ödəməlidirlər.
Yeni il gecəsi üçün rekord qiymət hələlik Tarkandadır. O bir gecə üçün 25 milyon lirə, Kenan Doğulu isə 10 milyon lirə tələb edib.