"Yekəxanalığı sevmirəm, evimdə 5 xanım çalışır" - Rəqsanə  - VİDEO
28 dekabr 2021 11:28 (UTC +04:00)

"Yekəxanalığı sevmirəm, evimdə 5 xanım çalışır" - Rəqsanə - VİDEO

Müğənni Rəqsanə İsmayılova evində qaz ətindən dolma və qaz ətinin souzunu bişirib.

Lent.az-ın məlumatına görə, ifaçı həmin anı əks etdirən videonu sosial şəbəkədəki səhifəsinə paylaşaraq yazıb: 

"Evimdə 5 xanım çalışır. Amma özüm niyə ev işləri görməyim? Yekəxanalığı sevmirəm. Ailəm, balalarım mənim üçün hər şeydi. Özüm yemək hazırlayanda onlar doyunca yeyir. Mənim də ürəyim sakit olur. Pul, yaşayış, hər şey yaxşı olanda qadın olmağımızı niyə unudaq ki? Nə olsun ki, evdə köməkçilər var?

Yatmasam da, yorğun olsam da, bizim yeməklərimiz bu günə hazırdı. Allah heç bir ata, ananı övlad yanında utandırmasın. Ruziniz bol olsun".

# 26949
avatar

Yalçın UĞUR

Oxşar yazılar