Dünya şöhrətli pop müğənni Beyons 57 günlük konsert turuna çıxıb.
Lent.az-ın məlumatına görə, onun ilk konserti Stokholm şəhərində olub.
Turun məqsədi müğənninin yeddinci albomu “Renaissance”ni təbliğ etməkdir.
Konsertlərdə dekorasiyalar ən yüksək şəkildə təşkil olunub.
Müğənni ilk konsertində pirotexnikadan, disko şarlardan, nəhəng, hərəkətli robotlardan istifadə edib. O səhnəyə parlaq, metal tankın üzərində çıxıb.