6 ildir tamaşaçılarını ekran qarşısına toplayan “Yasak elma” serialının final bölümü çəkilib. Serialın oyunçuları böyük bir ziyafət verərək, bir-birləri ilə vidalaşıblar.
Lent.az-ın xəbərinə görə, serialın final bölümü iyunun 5-də ekranlara çıxacaq.
Final münasibətilə verilən ziyafətdə 6 il ərzində serialda iştirak etmiş bütün aktyorlar olublar.
Serialda baş rollardan birini ifa edən Eda Ece maraqlı açıqlama verib. O 6 il boyunca milyonçu kimi yalıda yaşamasının (dəniz sahilində villa) başa çatmasına görə kədərləndiyini desə də, iyun ayında ailə quracağı üçün sevindiyini bildirib.
“İndi başım öz toy hazırlığıma qarışacaq. Bütün yay boyu dincələcəm, ekranlarda görünməyəcəm. Bu serialda ən az 4 dəfə gəlinlik geyindim. İndi öz gerçək gəlinliyimi geyinəcəm.
Nikah şahidim serial boyu həm dostum, həm düşmənim olmuş Şevval Sam və daha 5 dostum olacaq. Bu qədər çox nikah şahidi ilə ərə gedən ilk gəlin də yəqin mən olacam”, - o qeyd edib.