Aparıcı Xoşqədəm Hidayətqızı
30 sentyabr 2021 12:20 (UTC +04:00)

Aparıcı Xoşqədəm Hidayətqızı

Xoşqədəm "Xəzər TV"dən ayrılması barədə NƏLƏR YAZDI? - FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı “Xəzər TV”-dən ayrılması barədə sosial şəbəkədə status yazıb. Lent.az-ın məlumatına görə, aparıcı bildirib ki, öz ərizəsiylə kanaldan ayrılıb:

“Əziz dostlar, bildiyiniz kimi mən öz ərizəmlə, çalışdığım “Xəzər TV”-dən dostcasına ayrılmışam. Qeyd edim ki, “Xəzər TV”-də bununla bağlı açıqlamasında öz ərizəmlə ayrıldığımı vurğulayıb. Çalışdığım TV-dən ayrıldıqdan sonra sizlərdən çoxlu mesajlar aldım. Narahatlığınızı, mənə olan sevginizi o mesajlarda hiss etdim. Təbii ki, fəaliyyətdə olan kanallardan, hətta açılması nəzərdə tutulan kanallardan belə təkliflər aldım. İstər o təklifi edən kanallara, istərsə də siz dəyərli izləyicilərimə təşəkkürüm sonsuzdur! Göstərdiyiniz səmimi münasibətə görə hər birinizə minnətdaram! Mövsümə start verilib. Hər gün yazırsız, hansı kanalda olacağımı soruşursuz... Bildirmək istəyirəm ki, hazırda Türkiyədəyəm və qısa müddətdə Bakıda olacam. Görüşlərimin sonucuyla bağlı təbii ki, açıqlamam olacaq. Hələlik isə, sağlıqla qalın”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17454
avatar

Yalçın UĞUR

Oxşar yazılar