Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı müğənni Doğuşla toyunda geyindiyi gəlinliyinin qiymətini açıqlayıb.
Lent.az xəbər verir ki, bu barədə o, “Günaydın, Azərbaycan” proqramında deyib.
Hidayətqızı efirə gələn sığınacaq uşaqlarını görəndən sonra gəlinliyini satmaq qərarına gəlib:
“Onun üzərindəki daşlar əl işləridir. Doğuşun bir dostu var idi, o, hazırlamışdı. Mən bu uşaqları görəndə düşündüm ki, gəlinliyi satım. Pulunu isə uşaq sığınacağına bağışlayacam. Libas auksiona qoyulacaq”, - deyə, o bildirib.
Jurnalistin həyat yoldaşı Doğuş efirdə xanımının toy libasının qiymətinin 11 min dollar olduğunu açıqlayıb.