Son olaraq rol aldığı “ Bozkır” adlı serialda yer alan aktrisa Ayçin Tuyun süd vəzi xərçənginə yoluxduqdan sonra ilk dəfə şəkillərini paylaşıb.
Lent.az-ın xəbərinə görə, kimyaterapiyadan sonra saçları tökülən 36 yaşlı aktrisa saçlarını dibindən qırxdırıb. O paylaşdığı rəsmin altında qəribə bir şərh yazıb.
“Xərçəngə tutulmağıma səbəb olan iki qadın və bir kişiyə təşəkkür edirəm” yazıb. Onun kimdən bəhs etməsi naməlum qalıb.
Aktrisa tezliklə sağalıb yenidən kameralar qarşısına keçəcəyini bildirib.