Milli Məclisinin deputatı Ziyad Səmədzadənin nəvəsinin xeyir işi olub. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, dünən deputatın qızı - tanınmış musiqiçi Aygün Səmədzadənin qızı Ülkər Bağırlının nişan mərasimi baş tutub. Mərasimdə ailənin yaxınları, dostları və Aygün Səmədzadənin bəstəkar olaraq əməkdaşlıq etdiyi sənət adamları iştirak ediblər. Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova da Ülkər Bağırlının nişan mərasimində iştirak etmək üçün Azərbaycana gəlib. Millət vəkillərindən Qənirə Paşayeva da tədbirə qatılıb.
Qeyd edək ki, Ülkər Bağırlı Milli Qəhrəman Çingiz Mustafayev Fondu və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin birgə təşkil etdiyi Azərbaycan Amerika jurnalistika akademiyası kurslarının məzunudur.