Tanınmış müğənni Zarina Məmmədova növbəti mükafatını aldı. Lent.az-ın məlumatına görə, ifaçı Azərbaycan Gənclər Mərkəzinin təşkilatçılığı ilə baş tutan Gənclərin Dostu Milli Mükafatlandırılma mərasimində “Gənclərin sevimli gənc xanım müğənnisi” mükafatına layiq görüldü.
Mərasimdə Zarinanın prodüseri Təranə Səmədova da mükafatsız qalmayıb. O, “Gənclərin sevimli prodüseri” adına layiq görülüb.
Onu da qeyd edək ki, təltif etmə mərasimində millət vəkilləri Fəttah Heydərov, Qənirə Paşayeva, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, xalq artisti Ağadadaş Ağayev, əməkdar artist Azərin, əməkdar jurnalist Vüqar Qaradağlı, müğənnilər Sevil və Sevinc bacıları, aparıcı Samir Bayramlı və digərləri müxtəlif mükafatlara layiq görülüb.