Zarina:”... ürəyimcə oldu”
23 avqust 2013 10:53 (UTC +04:00)

Zarina:”... ürəyimcə oldu”

Müğənni Zarina Məmmədova Macarıstanda keçirilən folklor  festivalından qayıdıb. Lent. az-ın məlumatına görə, Şuşa İcra Hakimiyyətinin təşkilatçılığı ilə Macarıstanın Döndöş şəhərinə yollanan Azərbaycanın nümayəndə heyəti arasında Zarina ilə yanaşı gənc ifaçı Günay İmamverdiyeva və Şuşa məktəbliləri də olub.

 
10 gün davam edən festival çərçivəsində Azərbaycanla yanaşı Gürcüstan, Braziliya, Çin, Ukrayna, Serbiya, Fransa və digər ölkələr öz musiqi və rəqslərini nümayiş etdiriblər.

Zarina festival haqda bunları deyib: “Festival çox ürəyimcə oldu. Bizi gözəl qarışladılar və düşünürəm ki, layiqincə çıxış etdik. Hər bir ölkənin festivalda öz  çıxış günü var idi. Çıxışımız tamaşaçıların ürəyincə oldu. Çoxlu sayda qonaqlarla yanaşı Macarıstandakı səfirimiz Vilayət Quliyev və Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərov da bizi böyük maraqla izlədilər”.

 

Qeyd edək ki, festivalda  Zarina “Heyratı”, “Səmayi-Şəms” zərb muğamlarını, “Şuşanın dağları”, “Qarabağ”, “Sarı gəlin”, “Yaşa Azərbaycan” və digər xalq mahnılarını oxuyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566

Oxşar yazılar

Beyons futbol oyununda çıxış edəcək

Beyons futbol oyununda çıxış edəcək

12 dekabr 2024 , 21:21
Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47