Zamiq sabah “partlayış” edəcək
17 sentyabr 2013 11:46 (UTC +04:00)

Zamiq sabah “partlayış” edəcək

Sabah müğənni Zamiq Hüseynovun “Bu şəhəri çox sevirəm” adlı solo konserti olacaq. Konsert saat 21:00-da “Yaşıl Teatr”da baş tutacaq. Müğənninin mətbuat katibinin Lent.az-a verdiyi məlumata görə, konsertin eksklüziv çəkiliş hüququ “Lider” telekanalına məxsusdur. O biri telekanallar konsertin yalnız 15 dəqiqəsini çəkə biləcəklər.

Xatırladaq ki, Zamiq səhnəni həmkarları ilə bölüşərək və bu günə qədər sevilən duetlərini də səsləndirəcək, yeni mahnılarını oxuyacaq, bir çox sürprizləri olacaq, ifaçını ukraynalı rəqqasələr müşayiət edəcək.

Qeyd edək ki, konsertin informasiya dəstəkçisi Lent.az-dır.

 

 

# 1491

Oxşar yazılar