1,5 milyard il sonra Yerdə həyat üçün əlverişli şərait olmayacaq. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Kolorada Universitetinin atmosfer və kosmosu araşdırma laboratoriyasını alimləri bildirib.
Mənbənin məlumatına əsasən, alimlər planetimizdə baş verənlərin modelini yaradıb. Başlıca parametr Yerdə hər 110 milyon ildən bir temperaturun bir faiz artması olub.
Bununla da 1,5 milyard ildən sonra havanın temperaturu 40 dərəcə selsiyə çatmaqla Veneranı xatırladacaq. Suyun davamlı buxarlanması canlı orqanizmlərin məhvi başlayacaq.
Xatırladaq ki, əvvəllərdə uyğun araşdırma aparılıb. Onda alimlər Yerdə həyatın sonuna 650 milyon il qaldığını bildirmişdi.