Space telekanalının efirində yeni serial yayımlanacaq. Lent.az-ın məlumatına görə, 3 məşhur sima, 3 aktrisa, 3 aparıcı - əməkdar artist Dilarə Əliyeva, əməkdar artist Tünzalə Əliyeva və aktrisa Ülviyyə Əliyevanın rol aldığı “Üç bacı” serialı komediya janrındadır.
Serialda kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunur. “Üç bacı”dan başqa serialda məşhur simalar, aparıcı Mirsalam Mirsalamov, Tərlan Nur Yaşar, Əkbər Əlizadə, Azər Baxşəliyev, Əsəd İsmayılov, Almaz Mustafayev, xalq artisti Cəfər Namiq Kamal, aktrisa Zemfira Əbdülsəmədova və türkiyəli vətəndaş Hakan Ərsan rol alıb.
Serialın ssenari müəllifi, “Yalan-Doğru” verilişinin aparıcısı kimi tanıdığınız Vüqar Hüseynovdur. Qeyd edək ki, serialda ssenari müəllifi özü də rol alıb.
Serialın quruluşçu rejissoru Səyavuş Hüseynli, baş prodüseri Oqtay Əliyevdir. “SOY production”un layihəsi olan serialın quruluşçu operatoru Güney Azərbaycandan olan Aydin Şirinsifət, quruluşçu rəssamı Emil Mirzəyevdir. Serialın təqdimatı üçün hazırlanan fotosessiya isə məşhur fotoqraf Zaur Zamanın əl işidir.
“Üç bacı” noyabrda Space-in efirində olacaq.
Jalə

Yeni serial gəlir –
Oxşar yazılar

Kıvanç Tatlıtuğ ilk dəfə xəstəliyini AÇIQLADI
22 may 2025 , 15:14
Meltem Kaptan: "Adilə Naşitin gülüşünü iki həftə çalışdım"
22 may 2025 , 13:50
Emin Ağalarov hər konsertdən nə qədər qazanır? - Prodüser AÇIQLADI
22 may 2025 , 10:42
Məşhur model pərəstişkarlarını yeni FOTOLARLA sevindirdi
21 may 2025 , 19:59
Dilan Polat və əri avtomobil qəzası keçirdi: "Ölümdən döndük"
21 may 2025 , 15:20
Məşhur müğənni Maradonanın öldüyünü indi bildi
21 may 2025 , 15:19
Nesrin Cavadzadədən azərbaycanlı izləyicilərini qəzəbləndirən PAYLAŞIM
21 may 2025 , 15:05