Britaniyada həmcinslilər arasında ilk nikah 2014-cü ilin yazında qeydə alınacaq.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Sky News» xəbər yayıb.
Britaniyanın hüquq bərabərliyi məsələləri üzrə naziri Mariya Miller deyib: «2014-cü il martın 29-dan həmcinslərin nikahının qeydiyyatına başlanıla bilər».
Bir müddət öncə bu Fransada qanuniləşdirilib.