Yapon mafiyası -  "yakudza" öz saytını açıb
05 aprel 2014 07:45 (UTC +04:00)

Yapon mafiyası -  "yakudza" öz saytını açıb

Yaponiyanın ən böyük “yakudza” qruplaşması, “yamaquti-qumi” cari həftə öz saytını açıb.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu yolla onlar yaponların gözündə nüfuzlarını qaldırmağa cəhd göstərir.

 

 

Saytı bu cinayətkar qruplaşmanın fəaliyyəti, o cümlədən 1995-ci ildə Kobedəki zəlzələ və 2011-ci ildə baş verən sunami nəticəsində zərər çəkənlərə etdikləri yardım haqda xəbərlər yükləyiblər. Sayt yaponları Çinlə qarşıdurmada vətənsevər olmağa çağırmaqla yanaşı, hökuməti korrupsiya və intihar hallarını artmasına görə mühakimə edir.

 

Mənbə xatırladıb ki, Yaponiya cəmiyyətində təsiredici rola malik bu mafiya sürətlə tərəfdarını itirir. Ölkə polisinin məlumatına əsasən, 2013-cü ildə “yakudza”ların sayı 60 minə enib. Bununla da 1960-cı ildən bəri 3 dəfə azalıb.

Bank hesablarını dondurmaq və  başqa sanksiyalar tətbiq etməklə təşkilata ən böyük zərbəni ABŞ vurub. 2011-ci ildə  Yaponiya hakimiyyəti bu mafiya ilə əməkdaşlıq edən şirkətlərini siyahısını dərc etmişdi.

 

Polis bildirib ki, 2013-cü ildə bu cinayətkar qrupla əlaqəyə görə həbs olunan 13 min nəfərin yarısı “yakudza”dır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1049
avatar

Oxşar yazılar