Müğənni Xumar Qədimova ailə qurmaq niyyətindədir. Lent.az-ın məlumatına görə, müğənni bu barədə ATV-nin “Gün keçir” verilişində deyib. O, bu qərara artıq bir müddətdir ki, gəldiyini bildirib: “Uzun müddət düşündüm və sonda evlənmək qərarına gəldim. Fikrim ciddidir. Amma hələ də düşünürəm. Yaxın vaxtlarda onun kimliyi barədə açıqlama verəcəm. Amma hələ ki, onun adını demək istəmirəm. Çünki adını desəm, sonra yalançı çıxsam, tamaşaçımın gözündən düşərəm”.
Qeyd edək ki, X. Qədimovanın əvvəlki nikahdan 1 oğlu var.