Xumar Qədimova: “...partlayacaq” - MÜSAHİBƏ
18 sentyabr 2013 11:40 (UTC +04:00)

Xumar Qədimova: “...partlayacaq” - MÜSAHİBƏ

Müğənni Xumar Qədimovanın Lent.az-a müsahibəsi

 

- Xumar xanım, indi fotoqraf sizi çəkəndə gördüm ki, çox narahat oldunuz. Şəkil çəkdirməyi sevmirsiniz? Yoxsa, şəkillərdə yaxşı düşmürsünüz?

 

- Yox. Əksər hallarda şəkillərdə həyatda olduğumdan fərqli düşürəm. Demək, günlərin bir günü, hansısa sayt şəklimi çəkmişdi. Şəkillərə baxdım, dəli oldum. Elə indicə fotoqrafa dedim ki, şəkilim pis düşsə, verməyin.

 

- Xumar xanım haralardadır?

 

- Yaradıcılığımla məşğulam. Son vaxtlar “Gecələr, “Dilbərim” və bu kimi mahnıları dinləyicilərin ixtiyarına vermişəm. Bu yaxınlarda, təxminən iyirmi günə elə bir mahnı ortaya qoyacam ki, partlayacaq. Çox hörmət etdiyim bir sənətçinin repertuarına müraciət etmişəm. Kimin mahnısıdır, öncədən deməyəcəm. Qoy, sürpriz olsun. Həmin mahnını Xumar kimi oxumuşam. Öz üslubumla mahnıya yeni nəfəs vermişəm.

 

- Solo konsert vermək fikriniz var?

 

- Yox. Çünki, hər bir yeni mahnım, bir solo konsertdir. Solo konsertlər mənə çatmır.

 

- Xumar Qədimova kimləri dinləyir?

 

- Yalnız özümü dinləyirəm. Özümdən başqa ifaçıya qulaq asmıram.

 

- İfaçının tanınması üçün nə lazımdır? Əsas puldur?

- Əsas pul deyil. Müğənnin tanınması üçün birinci onun sənəti, ürəyi, sonra şarmı, daha sonra pulu olmalıdır. Daha sonra insan özü-özünə sual verməlidir. Mən niyə bu sənətdəyəm? Bu sənətdə olmağımla, nə demək istəyirəm?

 

- Xumar xanım bu cür sualları özü-özünə veribmi?

 

- Bəli. Bu sənətə gələn hər bir insan özü-özündən soruşmalıdır: Mən sənətimlə nə demək istəyirəm? Müğənni tamaşaçıya xoş  anlar bəxş etməlidir. Dinləyici ondan nəsə almalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4089
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07