Xanım Qafarovanın vəziyyəti yenidən pisləşdi
13 mart 2014 17:03 (UTC +04:00)

Xanım Qafarovanın vəziyyəti yenidən pisləşdi

“Müalicələrimi davam etdirirəm. Amma iki gündür ki, sümüklərim yenidən ağrımağa başlayıb”. Bu sözləri Lent.az-a  Musiqili Teatrın aktrisası Xanım Qafarova deyib. Aktrisa bildirib ki, bir müddət öncə Türkiyədə müalicə olunub Bakıya qayıtsa da yenidən vəziyyəti pisləşib: “Özümü o qədər də yaxşı hiss etmirəm. Allaha şükür edib gözləyirəm. İşlərim alınsa, bazar günü Türkiyəyə gedəcəm. Müalicələrimi orada davam etdirəcəm. Hazırda Bakıda ev şəraitində müalicə olunuram. Həkimlər gəlib- gedir, yaxşı olacağıma ümidliyəm”.

 

Qeyd edək ki, aktrisa xərçəngdən əməliyyat olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3728

Oxşar yazılar