Vergilər Nazirliyi şou nümayəndəsini ölkədən buraxmadı - <span style="color:red;">8 QƏPİK BORC
23 dekabr 2015 15:35 (UTC +04:00)

Vergilər Nazirliyi şou nümayəndəsini ölkədən buraxmadı - 8 QƏPİK BORC

Azərbaycanlı rejissor Zorik (Zöhrab Ağayev) bir neçə gün öncə Heydər Əliyev Hava Limanında başına gəlmiş hadisə barədə danışıb.

 

Lent.az-a açıqlama verən rejissor bildirib ki, Vergilər Nazirliyi dekabrın 14-də onun ölkədən çıxışına qadağa qoyub: “Təhsilimlə əlaqədar dekabrın 14-də İstanbula yola düşmək istəyirdim. Lakin Hava Limanında qarşımı kəsib, dedilər ki, Vergilər Nazirliyinə borcun var, ölkədən çıxışına “stop” qoyulub, ölkəni tərk edə bilməzsən. Mən də bu xəbəri eşidən kimi dərhal getdim Vergilər Nazirliyinə. Orada dedilər ki, 8 qəpik borcun var. Mən də 8 qəpik vergimi ödədim. Vergimi ödədikdən sonra  dekabrın 19-da ikinci dəfə Hava Limanından ölkəni tərk etmək istədiyim zaman eyni situasiya ilə qarşılaşdım. Dedilər ki, Vergilər Nazirliyinə borcun var. Mən də onlara dedim ki, 8 qəpik borcum var idi, ödəmişəm. Onlar da cavab olaraq söylədilər ki, ölkədən çıxışınıza qoyulan qadağa hələ də qüvvədədir. Onların sözündən sonra mənim ürəyim  getdi. İndi-indi özümə gəlirəm. Onu deyim ki, bu hadisəyə görə bir çox insanlar cəzalanacaq. Başıma gələnlərdən sonra susdum. Bu saata qədər susurdumsa, bu o demək deyil ki, kimdənsə çəkinirdim, qorxurdum. Sadəcə qanunlarımıza inanırdım. Mənim heç kimdən qorxum yoxdur. Ad günümü Bakıda keçirib, yenidən İstanbula yola düşəcəm. Bu vaxt isə qarşımı heç kim kəsə bilməz. Çünki heç bir banka borcum yoxdur, cinayətkar da deyiləm ki, çıxışıma qadağa qoysunlar. Belə bir şayiədə yayılıb ki, guya hansısa müğənni ölkədən çıxışıma qadağa qoyub. Bu, gülməlidir. Dünya dərəbəyilik deyil. Heç kim heç kimə qadağa qoya bilməz, heç bir müğənnin başı üçün deyil ki, mənə qadağa qoysun”.

 

Rejissor onu da əlavə edib ki, bu məsələyə görə Daxili İşlər Nazirliyinə müraciət edib: “Haqlı olaraq Daxili İşlər Nazirliyinə müraciət elədim. Onlarda mənim ölkədən  çıxışımla bağlı heç bir problemin olmadığını bildirdi. Ona görə də barəmdə danışanlar sussalar, yaxşı olar. Çünki mən danışsam, həmin adamları biabır edəcəyəm”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

Yalçın UĞUR

Oxşar yazılar