Uşaq Eurovision Mahnı Müsabiqəsi noyabrın 30-da keçiriləcək. Lent.az-ın eurovision.tv-yə istinadən verdiyi məlumata görə, bu il müsabiqə qalib ölkə Ukraynada təşkil olunacaq. Ənənəyə görə, Uşaq Eurovision müsabiqəsi noyabrın son həftələri, yaxud da dekabrın ilk həftəsində keçirilir. Təşkilatçılar 11-ci Eurovision müsabiqəsini noyabrın 11-də keçirməyi planlaşdırır. Şou üçün hələlik heç bir arena qərarlaşdırılmayıb. Lakin bir neçə təklif olunan məkanlar var ki, bunlar martın 11-i və 12-i EBU tərəfindən nəzərdən keçiriləcək.
Qeyd edək ki, keçən il müsabiqənin qalibi Nebo mahnısı ilə ukraynalı Anastasiya Petrik olub. “Eurovision” Mahnı Müsabiqəsindən fərqli olaraq, bu müsabiqənin qalibi olmaq gələn ilki yarışmada ev sahibliyi etmək hüququ vermir.
Ev sahibi yayımçı tender prosesində bütün Avropada yayım nümayəndələrindən təşkil olunan Rəhbər Qrup tərəfindən qərarlaşdırılır.
Xatırladaq ki, Azərbaycanın ilk dəfə qatıldığı "Junior Eurovision" yarışmasında Suadə Ələkbərova və Ömər Sultanov təmsil etmişdilər. Ölkəmiz 12 yarışmaçı arasında 11-ci yerdə qərarlaşdı.