“İnanımmı?” mahnısının bəstəkarı Hikmət Aslan Rəqsanəyə mahnılarını oxumasına qadağa qoyub. Lent.az –ın məlumatına görə, bəstəkar qadağasına bu cür şərh verib: “Rəqsanə mahnılarımı səsləndirərkən adımı çəkmir. Heç məni görəndə salam da vermir.”
Rəqsanə bəstəkarın sözlərinə biganə qalmayıb: “Allahın salamın hər kəsə verirəm. Hikmət Aslanın mahnılarını illər öncə oxumuşam və o, bunun üçün bəstəkara qonorar ödəmişəm. Bu gün belə bir mövzu ilə qalmaqal yaratmaq istəmirəm. Mövzunun gerçək mahiyyətində qalmaqala səbəb olacaq heç nə yoxdur. Pulumu verib, mahnımı almışam. Sonuncu açıqlamamda belə müəllifin adı çəkilib”.
Qeyd edək ki, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov Rəqsanə İsmayılovanın ifa etdiyi “İnanınmı?” mahnısını oxumuşdu.