Türkiyənin sevilən müğənnisi Əhməd Şəfəqin Bakıda çəkdirdiyi klip atıq “Kral TV” ekranlarında nümayiş olunur. Lent.az-ın virtual.org-a istinadən verdiyi xəbərə görə, sənətçi Azərbaycanda 2 klip çəkdirib. Onlardan “Sana kıyıp gidemiyorum” adlı mahnı artıq işıq üzü görüb.
Bundan əlavə A.Şafaq yaradıcılıq işlərindən də danışıb: “Aprelin 20-də Vyanada konsertim var. Ayın 23-də isə Bakıya gəlməyi planlaşdırıram”.
Xatırladaq ki, Ə.Şəfəq "Kral TV Müzik Ödülləri” müsabiqəsinin namizədləri sırasındadır. Sənətçi həmkarları ilə iki kateqoriyada - ən yaxşı kişi müğənnisi (en iyi erkek sanatçı) və ən yaxşı albom (en iyi albüm) yarışır. Hazırda səsvermə davam edir.