Terror qarşı Mübarizə qanunun 10-cu maddəsinə əsasən, narkotik maddələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı aparılan cinayət işi başa çatıb.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, bu haqda İstanbulun baş prokuroru Mehmet Əli Uysal açıqlama verib.
Onların arasında Türkiyənin tanınan sənət adamları, aktyor və müğənnilər var. Bu məsələ ilə bağlı 15 nəfər tutulub, 53 nəfər isə şübhəli bilinir. Onlar «narkotik maddə ilə təmin etmək və üzərində gəzdirmək» ittihamı ilə mühakimə olunacaq.
Prokurorluq işi ağır cinayətlər üzrə məhkəməyə göndərib. Prokurorlu onlara 5 ildən 15 ilədək iş kəsilməsini istəyib.
Mənbə tanınmışların adlarını açıqlamayıb.
Xatırladaq ki, artistlərin bir neçəsi 50 min lirə girov qoyaraq, ölkədən xaricə çıxmamaq şərti ilə zaminə buraxılıb.