Ötən gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Crystal Hall”da “San Remo ulduzları” adlı konsert gerçəkləşib. Lent.az-ın məlumatına görə, gecənin aparıcısı italyan ulduzu Ornella Muti və Tural Əsədov olub. Konsertdə qonaqları salamlayan O. Muti Bakı səfərindən və gecədə iştirak etməkdən məmnunluğunu bildirib. Daha sonra səhnəyə İvana Spanya çıxıb. O, Bakının inanılmaz gözəl olduğunu söyləyib: “Burda olduğuma görə, xoşbəxtəm. Bakı əsil cənnətdir”.
Daha sonra Rikardo Foli, Rikki e poveri , Toni Espozito, Matia Bazar, Umberto Tosi, çıxış ediblər.
Konsertin ən yadda qalan məqamı isə, məşhur Toto Kutunyonun çıxışından sonra olub. Onun səhnə alması, coşqu ilə qarşılanıb. Sənətçi gecədə sevilən mahnılarını ifa etdikdən sonra “Sarı gəlin” i özünəməxsus şəkildə oxuyub. Onun bu ifası isə tamaşaçıları daha da coşdurub.