Röya Ayxanın dünən mətbuatda çıxan müsahibəsi müzakirəsiz ötüşməyib.
Lent.az-ın məlumatına görə, prodüser Tolik öz İnstagram səhifəsində Röyanın müsahibəsini paylaşaraq, şəklin altında öz rəyini qeyd edib: “Sonra deyirlər ki, Tolik qalmaqal eləyir. Öldüm gülməkdən. Hələ gör Hüseyn Abdullayev sənə salam verir ki, bir mahnısını da oxuyasan? Öyrədənsən, özün öyrən də? Hələ öyrən gör neçə not var, gör bir sapra, meqa-sapra nədir? Hələ prodüserlik məktəbi açır. Bir özünə ofis tut. Guya səksən nəfər gəlibmiş, it kimi uluyaram”.
Qeyd edək ki, Tolik Röyanın müsahibəsində dediyi bu məqamlara görə, qəzəblənib: “Prodüserim Kənana dedim ki, xəbər yay, kim prodüser olmaq istəyir müraciət etsin. Səksən nəfər gəldi, yetmiş doqquzu dedi nə qədər qazanırsınız? Onları maraqlandıran pul idi. Bir nəfər isə artıq bizlə çalışır, adı Timadır. Saytlarımı o açır, onu hazırlayırıq. İstəyirəm ətrafımızda yaxşı qızlar, oğlanlar olsun. Şou-biznesdəki bütün yaxşı işçilərə mən dərs keçmişəm. Onlar orada-burada başlarını girləyir, deyirlər mən filankəsə görə adam olmuşam. Onlar qınından çıxıb, qınını bəyənmirlər. Kiminin adını, kiminin stilini dəyişdirmişəm, bütün yolları öyrətmişəm. Bunları dansalar, Allah onlara qənim olar, elə danan vaxtlarda da qənim olur”.