Tiflisin mərkəzində Kolxoz bazarı meydanındakı avtobus dayanacağında 27 yaşlı qadın doğub.
Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, doğuş qəfil olub. Yoldan keçənlər təcili yardım briqadasının çağırıb.
Həkimlər dünyaya gəlmiş qızı və anasını Gürcüstanın Müqəddəs İoakima və Anna Patriarxiyası klinikasına yerləşdiriblər.
Ana və qızının vəziyyətinin yaxşı olduğunu bildiriblər. Onun çəkisi 2,7 kiloqram, boyu isə 50 sm-dir.