Təranənin ad günündə məşhurlar nə ilə yadda qalıb?
27 oktyabr 2014 12:21 (UTC +04:00)

Təranənin ad günündə məşhurlar nə ilə yadda qalıb?

Prodüser Təranə Səmədova özünün 30, qızı Suelin 5 yaşını təmtəraqlı şəkildə qeyd edib. Lent.az-ın məlumatına görə, tanınmış prodüserin özəl gününə şou-biznesin bir çox tanınmış simaları qatılıb. Gecədə əməkdar artist Elza Seyidcahan, müğənnilərdən Nadir Qafarzadə, Ayan Babakişiyeva, Manaf Ağayev, Elçin Cəfərov, Pərvin Lətifov, Elçin Hüseynov, Yaşar Yusub, Niyam Səlami, Sevinc, Sevil bacıları, Ayaz Babayev, rəqqasə Fatimə Fətəliyeva, aparıcı Afaq Gəncəli, Zaur Nəbioğlu, dj Kazım və başqaları iştirak edib.

 

Xoş gününü qeyd edən T.Səmədova təəssüratlarını Lent.az-a bölüşüb: “Açığı, bu gün çox həyəcanlı olsam da, həm də çox sevincliyəm. Məni sevən, sadiq dostlarım var. Ad günümə də mənə əziz olan insanlar, dostlarımın hamısı gəldi. Kimləri doğum günümdə görmək istəyirdimsə, hamısını gördüm. Çox sağ olsunlar. Qızım, həyatım Suellə doğum günümüzzü bir keçirdik. Tanrıma şükürlər olsun ki, bu günü mənə nəsib edib”.  

 

Qeyd edək ki, aparıcı Kamran Quliyevin təqdimatı ilə baş tutan gecədə Təranənin dostları ona hədiyyələr bağışlayıb. Gecə saatlarına qədər davam edən gecədə məşhurlar həm oxuyub, həm də oynayıblar. 

# 1596
avatar

Yalçın UĞUR

Oxşar yazılar