Təranə Qumral Cabbar Musayevi və qardaşını uddu - 5000 MANAT
11 sentyabr 2013 13:26 (UTC +04:00)

Təranə Qumral Cabbar Musayevi və qardaşını uddu - 5000 MANAT

Müğənni Təranə Qumralın Cabbar və Əlisahib Musayev qardaşlarına qarşı Nərimanov rayon məhkəməsində qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, məhkəmə İbrahimova Təranə Xeyrulla qızının təqdim etdiyi ilkin iddia ərizəsinin qismən təmin edilməsi barədə qərar çıxarıb. Qətnaməyə əsasən, Musayev Cabbar İnqilab oğlu və Musayev Əlisahib İnqilab oğlu Təranə Qumrala vurduqları mənəvi ziyana görə hər biri 5000 manat təzminat ödəməli və onun barəsində səsləndirdikləri fikirləri təkzib etməlidirlər.  

 

Məhkəmə ilkin iddia ərizəsinin qalan hissəsinin təmin edilməməsini və qarşılıqlı iddia ərizəsinin rədd edilməsini qət edib.

 

Sənəddə qeyd olunur ki, bir ay müddətində qətnamədən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4604
avatar

Yalçın UĞUR

Oxşar yazılar