Təranə Qumral-Nazənin qalmaqalı böyüyür – VƏKİLDƏN AÇIQLAMA
05 noyabr 2014 11:59 (UTC +04:00)

Təranə Qumral-Nazənin qalmaqalı böyüyür – VƏKİLDƏN AÇIQLAMA

Müğənni Təranə Qumral ilə Nazənin arasındakı qalmaqal səngimək bilmir. Lent.az-ın məlumatına görə, məsələ ilə əlaqədar Nazənin vəkili Adəm Məmmədov mətbuata müraciət ünvanlayıb: “02.11.2014-cü il tarixdə ANS TV-də canlı yayımlanan "Bazar səhəri Rövşanə ilə" verilişində müğənni Təranə Qumralla həmkarı Nazənin arasında qalmaqal yaşandı. Bildiyimiz kimi Azərbaycanda ailə müqəddəs sayılır. Hətta ailənin daxilində olan müxtəlif söz-söhbətlərin belə kənara çıxmasına heç kəs razı olmaz. Ancaq adı çəkilən məlum verilişdə hamınızın Təranə Qumral kimi tanıdığınız İbrahimova Təranə Xeyrulla qızı bütün bu yazılmış və yazılmamış qanunları pozaraq bir azərbaycanlı xanımına, yəni hazırda hüquqlarını müdafiə etdiyim tanınmış müğənni Nazənin Salayeva qarşı təhqir və böhtanlara, şərəf və ləyaqətinin alçaldılmasına yol verdi. Bütün ictimaiət gördü ki, Təranə Qumral səsləndirdiyi təhqirlərlə və böhtanlarla birinci özünü gözdən saldı. Çünki bir azərbaycanlı xanım digər azərbaycanlı xanım haqqında milyonlarla insanın gözü qarşısında elə sözlər işlətdi ki, onları özünə hörmət qadın heç bazarda da işlətməzdi. Efir elə bir məkandır ki, ora həm uşaqlar, həm gənclər, həm də yaşlı insanlar baxır. Orada Təranə xanımın dilindən Nazənin xanımın şəxsi həyatı ilə bağlı səslənən təhqirlər və böhtanlar gənclərin mənəviyyatına olduqca mənfi təsir göstərib. İndi təsəvvür edin Nazənin xanım özü bu təhqir və böhtanlardan nə hala düşüb. Verilişdən sonra öyrəndim ki, Nazənin xanım çox psixoloji sarsıntı keçirib, halı olduqca pisləşib və təcili həkim çağırıb. Xeyli iynə və dərmanlardan sonra özünə gəlib”.


Vəkil bildirib ki, bu qalmaqalda T.Qumral Nazənin övladlarına da ağır mənəvi zərbə vurub: “Nazənin xanım bu təhqirlərdən və böhtanlardan sonra bir müddət qohum-qonşu, dost-tanışları ilə əlaqə yaratmağa belə utanıb. Bu, bir daha göstərir ki, Təranə Qumral efirdən səsləndirdiyi alçaldıcı ifadələrin fərqində olmayıb. Bəlkə də bu ifadələr Təranə xanım üçün adi haldır. İnsandır, hər şey ola bilər. Ancaq hər bir insan qarşısındakının hüquqlarına hörmət etməyə borcludur. Mənə elə gəlir ki, Milli Televiziya və Radio Şurasının sədri hörmətli Nuşirəvan Məhərrəmli ANS TV-nin efirindən səslənən və cəmiyyətdə böyük narazılıq yaradan belə təhqirlərə görə öz sözün deyəcək. Çünki biz həmin veriliş barədə hüquqi ölçü götürülməsi üçün bu quruma müraciət etmək niyyətindəyik. Eyni zamanda Azərbaycan Mətbuat Şurasının sədri, hörmətli Əflatun Amaşova da rəsmi müraciət edəcəyik ki, şuranın etika komissiyası araşdırma aparıb lazımı qiymətini versin. İstəyimiz odur ki, nəinki ANS TV-nin efirindən, ümumiyyətlə heç bir televiziya və radiodan birdə belə şəxsiyyəti alçaldan ifadələrin səslənməsinə yol verilməsin.

 

 

Onu da diqqətinizə çatdırmaq istəyirəm məhkəməyə iddia ərizəsi ilə birlikdə iddianın təmin etmə tədbiri barədə ərizə də vermişik. Bu, o deməkdir ki, məhkəmə getdiyi dövrlərdə Təranə Qumral Nazənin xanım barədə heç bir televiziyada, sayt və mətbuat orqanlarında hər hansı açıqlama, rəy, münasibət bildirməsin məhkəmə tərəfindən qadağa qoyulacaq. Əks təqdirdə Təranə İbrahimova inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər”.
 

 

A.Məmmədov əlavə edib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci ( böhtan və təhqir) maddələri ilə xüsusi ittiham qaydasında Təranə Qumralın cinayət məsuliyyətinə cəlb olunmasına çalışacaqlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3183
avatar

Yalçın UĞUR

Oxşar yazılar