Tar çalan qız özünü dəyişdirdi
23 yanvar 2013 12:56 (UTC +04:00)

Tar çalan qız özünü dəyişdirdi

Müğənni kimi yeni fəaliyyətə başlayan tarzən Humay Qədimova yeni mahnılar hazırlayır. Lent.az-ın məlumatına görə, müğənni bildirib ki, o, vaxtı ilə ifa olunan köhnə mahnıları yeni aranjemanda təqdim edəcək: “Bəstəkarlardan yeni mahnılar almışam. Əsas hədəfim əvəzolunmaz sənətkarımız Elmira Rəhimovanın könül oxşayan mahnılarıdır. Onları yeni aranjemanda səsləndirirəm. Özü ilə danışıb, xeyir-duasını almışam. Bu siyahıda Şəmsi Kərimovun da adını çəkərdim” .

Müğənni bildirib ki, o, yeni klip çəkilişinə hazırlaşır. Humay bildirib ki, o, tar ifa etdiyi vaxtlardan fərqli olaraq indi tamamilə dəyişib. Tarzən xanımda müğənni imici yaratmaq üçün stilistlər Anar Ağakişiyev və Nigar İbrahimova çalışırlar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4166
avatar

Oxşar yazılar