Tanınmış müğənni Ajda Pekkanı təhqir edən həkim Nazim Durakının məhkəməsi keçirilib. Lent.az-ın məlumatına görə, tanınmış müğənni barəsində “gözləri qurbağanın gözünə, dodaqlarını isə meymuna oxşayır” deyən həkim barəsində 1 milyonluq təzminat iddiası qaldırıb. İfaçının iddiası qismən təmin olunub və məhkəmə müğənnini təhqir edən həkimi 10 min lirə (təxminən 5 min manat) cərimələyib. N.Durak pulu müğənniyə təzminat kimi ödəməlidir.
Qeyd edək ki, ittiham olunan həkim məhkəmədə son çıxışında bildirib ki, o, A.Pekkanı təhqir etmək istəməyib: “Onun barəsində söylədiyim fikirlər sadəcə səhv istiqamətdə yozuldu. Mən plastik əməliyyatların uğursuz keçirildiyini demək istəyirdim”.