Qeyri-adi hərəkətləri və açıqlamaları ilə Türkiyə mediasının ən çox müzakirə mövzusu olan tanınmış müğənni Bülənt Ərsoy gözlənilməz addım atıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, “Diva” ləqəbli Bülənt onunla şəkil çəkdirmək istəyən pərəstişkarının istəyini gözündə qoyub. Əsəblərinə hakim olmayan müğənni fanatına hücum edərək, onu döyüb. Zərərçəkmiş hadisədən sonra Türkiyə “Söyləməzsəm olmaz” proqramına qatılaraq başına gələnlərdən danışıb: “İki gündür yata bilmirəm. Gözlərimi yumaraq yatmaq istədiyim anda gözümün önünə Bülənt Ərsoy gəlir. Mənə qarşı niyə belə rəftar etdiyini anlamadım. Hər zaman xəyal edirdim ki, Bülənt Ərsoyla şəkilim olsun. Amma o, mənə qarşı çox kobud davranaraq məni və ailə üzvlərimi təhqir etdi. Hələ ki, hüquq mühafizə orqanına şikayət etməmişəm. Lazım gələrsə edəcəm. Hadisənin canlı şahidləri də var”.
2626