Tanınmış müğənni avtomobilini 100 minə satır
30 mart 2014 15:11 (UTC +04:00)

Tanınmış müğənni avtomobilini 100 minə satır

Cavanşir Məmmədov özünün yeni avtomobilini satmaq qərarına gəlib. Lent.az-ın show.az-a istinadən məlumatına görə, yeni avtomobilini neçəyə aldığını açıqlamayan müğənni maşını niyə satdığını da deməyib: “Bu avtomobili yeni almışam. 1966-cı ildə Amerika senatorlarının birinə məxsus olub. 70 min km. gedib. Maşın əla vəziyyətdədir. 100 minə satıram. Almaq istəyənlər mənə zəng vursunlar.” 

“Crysler sport” markalı ikiqapılı avtomobili görüntülərini təqdim edirik.

# 3314
avatar

Oxşar yazılar