İspaniyanın “Barsalona” klubunun oyunçusu Pike ilə evli olan tanınmış müğənni Şakira ikinci dəfə ana olub. Lent.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, cütlüyün yeni doğulmuş körpəsi 3 kilodur. Körpə “Chiron-Teknon” xəstəxanasında qeysəriyyə üsulu ilə dünyaya gəlib.
Artıq cütlük uşağa ad da tapıb. Onlar uşağa Saşa Pike Mebarak adını verəcəklər.