Stas Mixaylov Azərbaycana gəlir
27 mart 2014 18:33 (UTC +04:00)

Stas Mixaylov Azərbaycana gəlir

Tanınmış müğənni Stas Mixaylov  Heydər Əliyev Sarayında solo konsert verəcək. Lent.az-ın məlumatına görə, məşhur bəstəkar-müğənni mayın  2-i və 4-ü Azərbaycan tamaşaçısının görüşünə gələcək.  “Joker” adlı gecədə məşhurun sevilən mahnıları ilə yanaşı, yeni bəstələri də yer alacaq. Gecədə iştirak etmək istəyənlər ən azı 30 AZN-dən keçməlidirlər.

 

Qeyd edək ki,  S.Mixaylov 1997-ci ildən musiqi fəaliyyətinə başlayıb. O, bu günə qədər bir çox mahnıların müəllifi kimi tanınır. “Sveça” (1997),  «Pozıvnıe na lyubov» (2004), “K tebe idu” (2005), «Bereqa meçtı» (2006), «Nebesa» (2007), «Jizn - reka» (2008), «Jivoy» (2010), «Tolko tı» (2011), «Djoker» (2013) və  digər albomları müğənniyə böyük populyarlıq qazandırıb.

 

# 844
avatar

Oxşar yazılar