Murad Dadaşov xalq artisti Zülfiyyə Xanbabayevanın sirrini açıb.
Axşam.az-ın məlumatına görə, Murad ATV telekanalında yayımlanan “Gün keçir” verilişinin qonağı olan Z.Xanbabayevanı telefonla təbrik edib. O, müğənninin çox gözəl parodiyaçı olduğunu bildirib:
“Zülfiyyə Azərbaycanın ən gözəl parodiyaçısıdır. Bunu heç kim bilmir. Mən özüm parodiyaçıyam, amma Zülfiyyənin bu bacarığını daha çox bəyənirəm. Bir dəfə onu hansısa bir ekran işinə çəkib, paradoya bacarığını nümayiş etdirəcəm. Buradan rejissorlara demək istəyirəm ki, bir dəfə Zülfiyyəni aktrisa kimi sınaqdan keçirsinlər”.
Zülfiyyə Xanbabayeva isə bu istedadını yalnız M.Dadaşovun ekran işində açacağını bildirib.
Qeyd edək ki, bu gün müğənninin doğum günüdür.