Parisətrafı rayonlardan birində sirk fili onun üçün ayrılmış özəl yerdən çıxaraq, qarşısına çıxan 84 yaşlı kişini öldürüb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, növbəti nömrədən sonra o, açıq havada elektrik cərəyanı buraxılan qəfəsə salınıb.
O, yaradılmış bütün süni maneələri aşaraq, qaçıb. Azadlığa çıxanda isə yaşlı kişi ilə qarşılaşıb. Filin qurbanı xəstəxanaya çatdırılsa da həyatını qurtarmaq mümkün olmayıb.
Azadlığa çıxmış fil haqda əlavə məlumat yayılmayıb.