Sibel Canın konsertində gözlənilməz olay
26 iyun 2013 11:44 (UTC +04:00)

Sibel Canın konsertində gözlənilməz olay

Aygün və Brilliant yenə baş-başa gəldi

 

Türkiyənin məşhur ifaçısı Sibel Canın Bakı konserti baş tutdu. Lent.az-ın məlumatına görə, “Səs organization”nun direktoru Nahid Eminoğlunun təşkilatçılığı ilə baş tutun konsert “Hollywood” restoranında keçirilib.

 

Gecənin aparıcısı ATV-nin siması Nanə Ağamalıyeva olub.

Konsertdə sevilən mahnılarını səsləndirən türkiyəli ifaçı qonaqlara xoş anlar yaşadıb. Sibel Canı dinləməyə gələnlər arasında Azərbaycanın tanınmış simaları da yer alıb. Onların sırasında xalq artisti Ramiz Mirişli,  Brilliant Dadaşova, Aygün Kazımova, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, müğənni Zarina Məmmədova, teleaparıcı Zaur Nəbioğlu var idi. 

Mərasimin ən maraqlı anı xalq artistləri, hazırda düşmən münasibətində olan Brilliant Dadaşova və Aygün Kazımova arasında yaşanıb. Mərasimə ilk dəqiqələrdən qatılan Brilliant xanım Aygün Kazımovanın zala daxil olmasını gördüyü an məkanı tərk edib.

 

Ardınca isə Sibel Can səhnəyə Aygün Kazımovanı dəvət edib: “Bu dəqiqə mənə dedilər ki, qonaqlar sırasında Azərbaycanın pop divası Aygün Kazımova əyləşib. İstərdim o, səhnəyə gəlib, mənimlə birgə oxusun”.

 

Səhnəyə təşrif buyuran estrada ulduzumuz isə “Ala Turka” mahnısını Sibel Canla birgə ifa edib.

 

Gecədə həmçinin  Sibel Canla birgə Bakıya gələn tanınmış skripka ustası Mustafa Taspinarlı da çıxış edib.

 

 

Qonaqlarla ünsiyyət qurmaqdan çəkinməyən Sibel Can az qala hər kəslə şəkil çəkdirib. Müğənni oriental rəqslərini də nümayiş etdirib.

 

Xatırladaq ki, konsertin informasiya dəstəyi Lent.Az idi.

 

Türkan Məmmədli

Foto müəllifə məxsusdur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5697

Oxşar yazılar