Səudiyyə Ərəbistanının vətəndaşı 610 kq çəkisi olan Xalid Möhsün əş-Şairi 4 ayda 320 kq arıqlayıb.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, o, müstəqil şəkildə hərəkət etmirmiş. Ər-Riyaddakı kral Fəth adına Tibb mərkəzinin mütəxəssisləri ona yardım edib.
3 aylıq pəhriz nəticəsində əş-Şairi 150 kq arıqlayıb. Mədəsində bandaj cərrahiyyə əməliyyatı edildikdən sonra o, daha 170 kq arıqlayıb.
Müalicə müddətində əş-Şairi 21 həkimin və 15 tibb bacısının nəzarəti, müşahidəsi altında olub.