Oleq Fomenko adlı rusiyalı turist gecə Phuket adlı məbəddəki budda bütlərindən birini linglə dağıdıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, mehmanxananın qarşısında saxlanılmış yük avtomobilinə də ziyan vurub.
Sərxoş turistin hərəkətlərini dayanacaqdakı videokamera qeyd alıb. Videoyazını araşdıran polis onu izləyərək, növbəti gün tutub. O. Fomenko həmin yolla qaldığı mehmanxanaya gedirmiş.
O, polisə bildirib ki, sərxoş olduğu üçün bu hərəkəti edib.
Məbədə toplanan hiddətlənmiş dindarlar isə rusiyalı turistin üzr istəməsini tələb ediblər. Hadisə baş verən Karon kəndinin ağsaqqalları bildirib ki, əgər Oleq Fomenko üzr istəməzsə, o zaman Rusiyanın Tailanddakı səfirliyi, Phuketanın qubernatoru, yaxud polis rəisi bu addımı atmalıdır.
Mənbə bildirib ki, yerli sakinlərin davranışından polisdə heyrətlənib, çünki onlar indiyədək oxşar tələblə üzləşməyiblər. Qaydalara əsasən, qanun pozucusu məhkəmədə üzr istəyir.