Səlim Müslümov vətəndaşları qəbul edəcək
19 avqust 2013 12:29 (UTC +04:00)

Səlim Müslümov vətəndaşları qəbul edəcək

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Oğuzda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Bu barədə Lent.az-a Fonddan məlumat verilib. S. Müslümov avqustun 26-da, saat 10:00-da Fondun Oğuz rayon şöbəsinin inzibati binasında Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Qax, Zaqatala, Oğuz və Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılarla görüşəcək.

Qəbulda iştirak edəcək vətəndaşların avqustun 26-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati  binalarının qarşısından nəqliyyatla  DSMF Oğuz rayon şöbəsinə aparılıb -gətirilmələri təmin olunacaq.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011
avatar

Oxşar yazılar