Bu gün nikah masasına oturmağa hazırlaşan müğənni Safura Əlizadə toyundan yazıb. Lent.az-ın axşam.az-a istinadən verdiyi xəbərə görə, toy bu gün Bodrumda keçiriləcək.
Qeyd edək ki, toyla bağlı sənət dünyasının tanınmış simaları artıq bir neçə gün əvvəl Bodruma yollanıblar. Onlar arasında şoumen Murad Dadaşov, xalq artisti Zülfiyyə Xanbabayeva, prodüser Tolik və stilist Anar Ağakişiyev də yer alıb. Toya gedən qonaqlar Mübariz Mənsimovun “Palmalife Resort” otelində qalır.
Xatırladaq ki, Safurə Əlizadə sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quracaq.