Şou-biznesdə qeyr-adi geyimləri və qalmaqallı açıqlamaları ilə tanınan stilist Samiraldo (Samir Əliyev) mükafatlandırılıb. Lent.az-ın məlumatına görə, o, “Number One” mükafatının təsis etdiyi “İlin stilisti” mükafatına laiq görülüb.
Bununla bağlı təəssüratlarını Lent.az-a bölüşən stilist bildirib ki, bu onun sənətinə verilmiş bir dəyərdir: “Mən həyata gəldiyim gündən mübarizədə olmuşam. Bu həyat yolunda çox haqsızlıqlarla, pisliklərlə üz-üzə gəlmişəm. Amma heç zaman məğlub olmamışam. Dua etmişəm. Məhz bunun bəhrəsi kimi tanrı məni öz peşəmdə tanıdıb. Hər zaman söyləmişəm ki, gördüyünüz “Samiraldo” yalnız şou-biznesdə gördüyünüzdür. Lakin adi həyatda elə mən “Samir”əm öz dünyamı yaşayıram. Bu mükafat isə, növbəti mükafatlarımın sırasına qatılacaq. Bunu mənə layiq görənlərə minnətdaram”.
Samiraldo daha sonra bir zaman küsülü olduğu əməkdar artist Elza Seyidcahanla fotokameralar qarşısına keçərək, şəkillər çəkdirib.