Rusiya rejissoru Feydor Bondarçukun «Stalinqrad» filmi «Oskar»ın xarici dildə olan kinoları siyahısına salınmayıb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «Varietu» xəbər yayıb.
Mənbə bildirib ki, siyahıya Almaniya, Belçika, Bosniya və Hersoqovmna, Danimarka, Kamboca, Macarıstan, İtaliya, Fələstin və Honkonqda istesal olunan filmlər daxil edilib.
Xatırladaq ki, Rusiyada «Stalinqrad»ın «Oskar»a layiq görüləcəyi ehtimalı olunurdu.