Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərli yeni layihə üzərində çalışır. Lent.az-a açıqlama verən Roza həmin layihənin nədən ibarət olduğunu hələlik sirr saxlayıb: “Yeni bir layihəmə start vermişik. Açığı, həmin layihənin detalları barədə açıqlama verməyə ixtiyarım yoxdur. Bu mənim müqaviləmdə də öz əksini tapıb. Sadəcə onu deyə bilərəm ki, yaxın günlərdə hər şey bilinəcək. İndi isə yeni proyektim üçün çəkilmiş fotosessiyamı təqdim edirəm. Düşünürəm ki, yeni şəkillərim də fərqli alınıb”.
Qeyd edək ki, R. Zərgərlinin yeni imici üzərində stilist Elnur Həsənov çalışıb, fotoları isə Fidan Süleymanova çəkib.